Arzu Nağıyev: “Hegemon dövlətlər öz bildiklərini edirlər” AÇIQLAMA
"Dünyada baş verən proseslərə diqqətlə nəzər salanda sanki "soyuq" müharibə vəziyyətinin olduğu nəzərə çarpır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Politoloq qeyd edib ki, burada əsas mübarizə NATO və Rusiya arasında gedir: "Bir yanda Qərb demokratiyadan danışaraq Avropada və daha doğrusu Baltikyanı regionda öz hərbi potensialını artırır. Bunun səbəbi kimi də Rusiyanın Qərbə qarşı nüvə təhdidindən danışır. Məlumdur ki, bu gün beynəlxalaq qurumlar, o cümlədən BMT və ya ATƏT müvafiq qəraralar qəbul etsə də, icra mexanizmi olmadan ümumi vəziyyətə təsir edə bilmirlər. Məhz buna görə də bir sıra hegemon dövlətlər öz bildiklərini edir, qeyri-adekvat qərarlar qəbul edirlər. Həmin dövlətlər Fransa, Almaniya, Böyük Britaniya və Rusiyadır. Rusiyanın sərhədləri yaxınlığında "müharibə ocaqları" yaradılır ki, özü onların yaradıcılarından biridir. Rusiya düşünür ki, Qərb özünə loyal olan qüvvələri hakimiyyətə gətirir. Qərb isə bu yolla Rusiya ilə iqtisadi maraqları olan dövlətlərə təsir göstərib layihələrin həyata keçməsinə mane olur və demək olar ki,iqtisadi və siyasi sanksiyalarını genişləndirir. Bu həm də qaz layihələrinə aiddir".
Arzu Nağıyev həmçinin onu da əlavə edib ki, belə bir vəziyyətdə Azərbaycana da həmin mexanizm vasitəsilə təsir göstərilir: "Ancaq bu təsir vasitəsi iqtisadi məsələlərlə deyil, uydurma insan haqları və təbii ki, Dağlıq Qarabaq münaqişəsinin həlli ilə bağlı qərarsızlıqlar vasitəsilə edilir. Burada erməni lobbisinin də rolu istisna deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB