Türkiyənin İzmit bələdiyyəsinin nümayəndə heyəti Bakıya səfəri çərçivəsində Nəsimi Rayon İcra Hakmiyyətində olub. SİA-nın məlumatına görə, Nəsimi bələdiyyəsinin dəvəti ilə reallaşan səfərdə Türkiyə tərəfdən nümayəndə heyətinə İzmit /KOCAELI Bələdiyyəsinın başçısı Nevzat Doğan rəhbərik edib. Nəsimi RİH-nin başçısı Asif Əsgərov qonaqları salamlayaraq Türkiyə ilə Azərbaycan arasındakı əməkdaşlıq məsələlərindən danışıb.
Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkşafında hər iki tərəf maraqlıdır: "Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Ona görə də buiki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkşafı zəruridir".
İzmit /KOCAELI Bələdiyyəsinın başçısı Nevzat Doğan isə Azərbaycanda olmaqdan məmunluğunu dilə gətirib və İzmit bələdiyyəsi ilə Nəsimi bələdiyyəsi arasında əlaqələrin inkişafından danışıb.
Daha sonra qarşılıqlı hədiyyələr təqdim olunub və Nəsimi bələdiyyəsi ilə İzmit bələdiyyəsi arasında "Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında" niyyət protokolu imzalanıb. Niyyət protokolunun imzalanmasının əsas məqsədi isə iki bələdiyyə arasında qardaşlıq, dostluq və mədəni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsidir.
Qeyd edək ki, nümayəndə heyətinin Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində, habelə Milli Məclisin Regional Məsələlələr Komitəsində görüşləri nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB