Politoloq: “Təcavüzkarı danışıqlar masasına əyləşməyə məcbur edəcəyik” AÇIQLAMA

Politoloq: “Təcavüzkarı danışıqlar masasına əyləşməyə məcbur edəcəyik” AÇIQLAMA

"Mattias Dornfeldt Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daima öz obyektiv fikirləri ilə seçilib. Berlindəki Qafqaz və Xəzər Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri olaraq o, son bəyanatında da münaqişə ilə bağlı vacib məsələlərə toxunub. O bəyanatında "Dağlıq Qarabağ Respublikası" deyilən qondarma yerli idaretmə orqanlarına keçiriliən qanunsuz seçkilərin heç bir qurum və dövlət tərəfindən tanınmadığı məqama toxunub". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Politoloqun sözlərinə görə, Mattias Dornfeldt haqlı olaraq Xocalı soyqırımının birbaşa iştirakçısı olan Serj Sarkisyan başda olmaqla, erməni hərbi qüvvələrini də günahlandırıb: "Ən maraqlı məqam ekspertin Avropa İttifaqının xalqların öz müqəddəratını təyin etmə prinsipini əsas gətirərək Dağlıq Qarabağ münaqişəsində ikili siyasət apardığını qeyd etməsidir. Məhz buna görə də ATƏT-in Minsk qrupu və onun təmsil etdikləri dövlətlər bəyanatlardan başqa heç bir iş görə bilmirlər".

A. Nağıyev əlavə edib ki, əgər söhbət ərazi bütövlüyündən gedirsə və bununla bağlı BMT-nin müvafiq qətnamələri varsa, münaqişənin həlli ilə bağlı Madrid prinsipləri qəbul edilbsə, niyə status-kvo bu qədər müddətdə saxlanılır: "Eyni zamanda, əgər Azərbaycan "Şərq tərəfdaşlığı" çərçivəsində öz üzərinə düşən öhdəlikləri yerinə yetirirsə, niyə münaqişənin həlli istiqamətində əməli addımlar atılmır? Bütün bu arqumentlərə görə Mattias Dornfeldt ilə razılaşmamaq mümkün deyil və onun bəyanatı tam dəstəklənməlidir və digər halda doğrudan da Cənubi Qafqazda sülh və təhlükəsizlik zəifləyəcək və Azərbaycan öz tarixi ərazilərini işğaldan azad etmək üçün güc nümayişinə keçib təcavüzkarı danışıqlar masasına əyləşməyə məcbur edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə