Oqtay Əsədov: "Qətnamə Avropa Parlamentinin imicinə böyük zərbə vurdu" AÇIQLAMA

Oqtay Əsədov: "Qətnamə Avropa Parlamentinin imicinə böyük zərbə vurdu" AÇIQLAMA

Bu gün Milli Məclisin Avropa Parlamentinin Azərbaycan haqda qərəzli qətnamə qəbul etməsi ilə bağlı növbədənkənar plenar iclası keçirilir. SİA-nın xəbərinə görə, iclasda çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin bütün həddləri aşdığını bildirib: "Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətinin dəfələrlə şahidi olmuşuq. Bu dəfə Avropa Parlamenti bütün həddləri keçib, ədəb qaydalarını pozub. Avropa Parlamenti Azərbaycanın siyasi hakimiyyətinə tərbiyəsizcəsinə böhtan atır. Bu parlamenti bir neçə həmkarımla canlı müşahidə etdik. Bir daha gördük ki, bu qurum Azərbaycana qarşı nə qədər qəzəzli mövqe tutur. Avropa Parlamentində qətnamə qəbul olunanda adətən 40-60 deputat iştirak edir. Ancaq bu dəfə böyük bir iclas çağırmışdılar. İclasda 635 deputat iştirak etdi. İclasın gedişində qətiyyətlə bildirildi ki, prosedur qaydalarını pozmaq olmaz. İlk öncə komitələrdə iclas keçirilməli və sonra plenar iclasda müzakirəyə çıxarılmalıdır. Sonra Azərbaycanın "dostu" xanım və digər iki deputat çıxış edərək, iclasın gedişinə müdaxilə etdilər və dedilər ki, bu məsələ burada müzakirə olunmalıdır. Sonradan müəyyənləşdirdik ki, onlar Dağlıq Qarabağda olub, "rəhbərləri"nin təlimatını yerinə yetirirlər.

Orada bir xanım deputat dedi ki, guya Azərbaycan tərəfdən atılmış atəş nəticəsində bir qadın həlak olub. Ancaq Azərbaycan toylarının, kənd caamatının gülləbaran edilməsi ilə bağlı heç nə demədilər".

Milli Məclisin sədri qeyd edib ki, Avropa Parlamentində cinayət əməlləri, jurnalist Rasim Əliyevin ölümü siyasiləşdirilir. O bildirib ki, Avropa Parlamentinin iclasında Azərbaycana qarşı qərəzli qətnamə səsə qoyularkən 202 deputat əleyhinə səs verdi, 72 deputat isə bitərəf qaldı: "Azərbaycan haqda qərəzli qətnamə Avropa Parlamentinin imicinə böyük zərbə vurdu. Milli Məclisə seçkilər ərəfəsində Avropa Parlamenti üzdəniraq qətnamə qəbul edir və üzv ölkələrə çağırışlar edir. Bu, bütün beynəlxalq normalara ziddir. Seçkilər başlanmamış bu seçkilərin legitimliyini tanımamaq beynəlxalq qaydalara ziddir. Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan zərbə vurmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə