Emin Həsənli: “Proqram işlənib hazırlanmalıdır” AÇIQLAMA

Emin Həsənli: “Proqram işlənib hazırlanmalıdır” AÇIQLAMA

"Cəbhə bölgəsində yaşayan vətəndaşlarımızın kommunal xərclərdən azad olunması məsələsi gündəmə gətirilməlidir. Hesab edirəm ki, buna ehtiyac var". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, cəbhə bölgəsində yaşayan, 3-5 kilometr təmas xəttində konkret yoxlama aparılmalıdır: "Bu yoxlama Naxçıvan Muxtar Respublikasından tutmuş Qazax şəhərinə qədər aparılmalıdır. Orada olan əhali kommunal xərclərdən azad olunmalıdır. Niyə. O əhali cəbhə bölgəsində yaşayırsa bu "qəhrəman"dır. Onun düşmənlə üz-üzə yaşamasının özü belə ən ağır çətinlikdir. Hətta cənab Prezident, Ali baş Komandan İlham Əliyev də dəfələrlə qeyd edib ki, onlara güzəştli kreditlər verilməlidir. Onlara ən böyük dəstək kommunal xərclərdən azad olunmalarıdır. Bildiyiniz kimi kənd yerlərində su pulu elə də çox olmur amma azda olsa var. Təsərrüfatların sulanması və s. Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərimizə çox böyük güzəştlər var. Cəbhə bölgəsində yaşayan əhaliyə ipoteka kreditləri güzəştli şərtlərlə verilməlidir. Təbii ki, bunun üçün proqram işlənib hazırlanmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə