"Türkiyə dövləti terror əməliyyatı keçirəndə öldürülən terrorçular arasında erməni əsilli döyüşən insanların faktları ortaya çıxdı. Sadəcə olaraq indiki məqamda regionda Türkiyəyə qarşı təhdidləri və gərgin vəziyyəti nəzərə alıb, digər tərəfdən isə Azərbaycanın güc nümayiş etdirməsi, hərbi təlimlər keçirməsi fonunda Ermənistanın PKK-ya dəstək göstərməsinə təbii yanaşmaq lazımdır". Bunu SİA-ya İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya üzrə regional mərkəzinin direktor müavini, politoloq Alpay Əhmədov Ermənistanın PKK terror təşkilatını silahlandırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, burada qeyri-adi heç bir şey yoxdur: "Ümumiyyətlə Türkiyə oturuşmuş güclü bir dövlətdir. Düşünmürəm ki, rəsmi İrəvanın PKK-ya dəstəyi gedişata hansısa öz təsirini göstərsin. Bu gün rəsmi Ankarada təhlküəsizlik sistemi yüksək səviyyədə tənzimlənir. Hətta Türkiyədə xüsusitəyinatlı dəstənin keçirdiyi əməliyyatı buna misal olaraq göstərmək olar. Bu sıradan bir fakt deyil. Bu o zaman baş verə bilər ki, gərək Türkiyə dövlətinin özü zəifləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB