"Milli Şura"nın seçki xülyası SORĞU

"Milli Şura"nın seçki xülyası SORĞU

Qarşıdan gələn parlament seçkilərinin "Milli Şura" tərəfindən boykot edilməsi müzakirəyə səbəb olur. SİA bu barədə partiya rəsmilərinin fikirlərini öyrənib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli: "Seçkilərin "Milli Şura" adlanan qurum tərəfindən boykot edilməsi prinsip etibarilə nə seçkilərin, nə də seçicilərin yadına da düşməyəcək. Çünki, bu qurum faktiki olaraq mövcud deyil. Yalnız kağız üzərində mövcuddur. Seçkiləri boykot etmələrinin əsas səbəbi məğlubiyyətlərini indidən göz önünə almalarıdır. Əvvəlcədən böhtan atmaqla seçkilərin qeyri-demokratik keçiriləcəyini bəyan etmək xidmət etdikləri dairələrin mövqeyinə uyğundur. Prinsip etibarilə bu həm Əli Kərimli, həm orada təmsil olunan bir neçə nəfərin xarakterinə xas olan xüsusiyyətdir".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: ""Milli Şura" düşünür ki, seçkilərdə iştirak etməyin bir nəticəsi olmayacaq. Sadəcə boş yerə xərc və əziyyət çəkməyi ehtiyac bilmirlər".

"Vəhdət" Partiyasının sədri Tahir Kərimli: "İndi "Milli Şura" dağılıb. Heç onların ambisiyaları belə yada düşmür. Bu qurum iştirak fəaliyyətini itirmiş və kütləvi tədbirlər keçirə bilməyən bir orqana çevrilib. Heç şübhəsiz ki, seçkilərdə əvvəlki kimi iştirak edə bilməyəcəklər. Onlar xalq tərəfindən dəstək ala bilməyəcəklərini bilir və seçkilərdən imtina edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə