ADP-nin sədri Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədovun Razi Nurullayevin başçılıq etdiyi AXCP-yə qoşulacağı haqda məlumat yayılıb. Məsələ ilə bağlı Razi Nurullayev SİA-ya açıqlama verib.
"Bizim qurumun qapıları hər kəsin üzünə açıqdır: "Amma mən bu məlumatı demək olar ki, ilk dəfə eşidirəm. Belə bir danışıqlardan nə xəbərim var, nə də bu barədə bir məlumatım var".
Gələcək dövr üçün belə bir planın gündəmdə olub, olmayacağına münasibət bildirən Razi Nurullayev qeyd edib ki, hər şeyi zaman göstərəcək: "Təbii ki, hər kəs öz seçimində azaddır. Ona görə mən indidən Qurban Məmmədovun adından danışa bilmərəm. Hər şeyi zaman göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB