"Müxalifət partiyalarında seçki əhval-ruhiyyəsi yoxdur" AÇIQLAMA

"Müxalifət partiyalarında seçki əhval-ruhiyyəsi yoxdur" AÇIQLAMA

"Bu partiyaların seçkilərdə iştirakını passiv adlandırsaq, çox zəif qalar". Bu sözləri SİA-ya "Ağ blok"un rəhbəri Tural Abbaslı müxalifət partiyalarının seçkilərə passiv yanaşmalarını şərh edərkən deyib.

Onun sözlərinə görə, bu siyasi vəziyyəti passiv adlandırmaq çox zəif qalar: "Seçkilərə start verilməsinə baxmayaraq müxalifət partiyalar arasında seçki əhval-ruhiyyəsi duyulmur. Bu passivlikdən daha böyük problemdir. Əgər az da olsa seçki əhval-ruhiyyəsi duyularsa, bunu passivlik adlandırmaq olar. Hazırda isə seçki əhval-ruhiyyəsi yoxdur. Bunun müxtəlif səbəbləri var. Artıq uzun illərdir ki, həmin partiyalar seçkilərin nəticəsində dəyişiklik olmayacağına inanırlar. Seçki ilə nə isə dəyişəcəklərinə inanmadıqlarına görə də bu prosesə qoşulmurlar".

O bildirib ki, həmin partiyaların obyektiv və subyektiv səbəblərdən zəifləyərək siyasi sistemdən kənarda qalmaları da passivliyə yol açan amillərdən iridir: "Yeni Azərbaycan Partiyasından başqa bütün partiyaların maddi və təşkilatı resursları yox səviyyəsindədir. Artıq onlar siyasi proseslərə təsir imkanlarını itiriblər. Eyni zamanda müxalifət daxili partiyaların çəkişmələri, partiyaların nümayəndələrinin və onların rəhbərlərinin bir-biriləri ilə çəkişməsi bu passivliyin səbəbi kimi görünür".

Bütün xəbərlər Facebook səhifəmizdə