Millət vəkili: “Avropa miqrantların ən çox incidildiyi yerdir” AÇIQLAMA

Millət vəkili: “Avropa miqrantların ən çox incidildiyi yerdir” AÇIQLAMA

"Avropa miqrantların ən çox incidildiyi yerdir. 2014-cü ildə Avropada 10 minə yaxın miqrant Avropa Birliyi tərəfindən sürgünə məruz qaldı. Ola bilməz ki, Avropa ölkələrindən hər hansı biri, konkret olaraq Almaniya miqrantları qbul edib onlara qucaq açsın. Özü də bu miqrant müsəlmandırsa, bu heç inandırıcı deyil. Çünki Avropada islamofobiya çox güclüdür". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Astan Şahverdiyev bildirib.

Bir çox miqrantların Avropada qeyri-qanuni şəkildə istismar olunduğunu deyən millət vəkili A.Şahverdiyev qeyd edib ki, Yaxın Şərq ölkələrindən Avropaya gedənlərə Almaniyanın qucaq açması barədə yayılan söz-söhbətlər düzgün deyil: "Ola bilər ki, Almaniya bunu etsin. Ancaq miqrantlardan sui-istifadə etmək üçün. Almaniya onlardan ucuz işçi qüvvəsi kimi istifadə edərək gün ərzində 20 saat işlədəcək. Və yaxud Avropanın orqan alveri ilə məşğul olan qruplaşmalarının qurbanına çevriləcəklər. Əslində Yaxın Şərqdə baş verən bütün faciələrin səbəbkarları elə Qərb dövlətləridir. Öncə həmin ölkələrdə müharibə ocağı yaradırlar, daha sonra da dezinformasiyalar yayırlar ki, guya müsəlman ölkələrindən gələn insanları Avropa qəbul edir".

Millət vəkili Qərbin Azərbaycandakı əlaltılarından da danışaraq bildirib ki, sapı özümüzdən olan baltalar həmişə olub: "Əsas odur ki, Azərbaycan xalqı bu adamları tanıyır. Onlar pul müqabilində milli maraqlarımızı, vicdanlarını satmış adamlardır. "Beşinci kolon" burda heç nə edə bilməz. Rəngli inqilabların Azərbaycanda baş verəcəyi ilə bağlı mütəmadi olaraq yayılan söz-söhbətlər də elə söz-söhbət olaraq qalacaq. Qərbə yox, dövlətə xidmət etmək lazımdır. Sənə pul lazımdırsa, işlə, əziyyət çək qazan".

Bütün xəbərlər Facebook səhifəmizdə