"Qurban bayramı ərəfəsində əfv Sərəncamı ola bilər” AÇIQLAMA

"Qurban bayramı ərəfəsində əfv Sərəncamı ola bilər” AÇIQLAMA

"Ümumiyyətlə əfv Sərəncamlarının verilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin müstəsna səlahiyyətlərinə aid olan funksiyalardan biridir. Dövlət başçısı hər zaman müxtəlif bayramlar ərəfəsində əfvlə bağlı Sərəncam imzalayıb". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev Qurban bayramında gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.

İnsan Haqları üzrə Birgə Qrupun üzvünün sözlərinə görə, indiyədək Azərbaycanda 60-a yaxın əfv Sərəncamı olub: "Beləcə 7 minə yaxın adam da bu əfv Sərəncamları nəticəsində azadlığa çıxıb. Mən istisna etmirəm ki, Qurban bayramı ərəfəsində də əfv Sərəncamı ola bilər. Çünki ölkə başçısı hər zaman müxtəlif bayramlarda əhalini, o cümlədən məhkumları da sevindirməyə çalışıb. Bütün hallarda Əfv Komissiyası işləyir. Komissiyaya çoxlu materiallar daxil olur. Eyni zamanda biz qeyri-hökumət təşkilatları da Əfv Komissiyasına bizə daxil olan müxtəlif ərizələri yönəldirik. Ümumiyyətlə komissiya daimi olaraq işləyir və daxil olan ərizələrin müzakirəsini aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə