Politoloq: “Sarkisyanın ipi təkcə Rusiyanın əlində deyil” MÜNASİBƏT
"Serj Sarkisyanın tez-tez Rusiyaya çağırılıb tapşırıqlar verilməsi artıq adət halını alıb. Rusiya və Ermənistan prezidentlərinin görüşündə yaxşı olardı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolları da müzakirə edilsin". Bunu SİA-ya Strateji Araşdırmalar İnstitutunun (SAİ) rəhbəri, politoloq Ramiz Alıyev bu gün Moskavada baş tutacaq Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın görüşü çərçivəsində Dağlıq Qarabağ probleminin həllində müsbət irəlliləyişlərin olacağına dair səslənən fikirlərə münasibətini açıqlayarkən deyib.
Ramiz Alıyev qeyd edib ki, sözügedən görüşdən gözləntilər var: "Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri olduğu üçün Putin istəyər ki, münaqişənin həlli məhz Rusiyanın vasitəçiliyi ilə olsun. Amma Ermənistan tək Rusiyanın deyil, bir neçə böyük dövlətin vassalı olduğu üçün Putinin verdiyi hər hansı bir qərar anındaca yerinə yetirə bilməz. Bunu Serj Sarkisyanın özü də yaxşı bilir. Onun ipi təkcə Rusiyanın əlində deyil. Bu baxımdan da hesab edirəm ki, münaqişənin həlli istiqamətində danışıqlar olsa belə digər böyük güclərin təsirindən S.Sarkisyan heç bir yekun rəyə gələ bilməyəcək".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB