"Sarkisyan əhalinin başını müharibə ilə qatmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında hüquq elmləri doktoru, professor Rüstəm Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın son zamanlar verdiyi bəyanatlarla bağlı açıqlama verərkən deyib.
Onun sözlərinə görə, Sarkisyanın bu cür hərəkətində təəccüblü heç nə yoxdur: "Çünki, Ermənistanın siyasəti həmişə bu cür olub. Sarkisyanın istəyi qoşunun müharibəyə hazır olmasıdır. Sarkisyan çox gözəl başa düşür ki, hər an müharibə ola bilər. O bilir ki, əgər müharibə olarsa, Ermənistan böyük şok yaşaya bilər. Ona görə də Sarkisyan bu tip bəyanatlarla və tez-tez sərhəd bölgələrinə səfər etməklə qoşunu hazırlamağa çalışır. Serj Sarkisyanın bu cür çağırışları onun qorxduğuni təsdiq edir. Müharibənin əsas səbəblərindən biri də elə Ermənistanın özüdür. Sarkisyan öz problemlərindən yayınmaq üçün qoşunu müharibəyə sövq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB