Rövşən Rzayev: “Ermənistan arxadan zərbə vuran separatçı qüvvədir" AÇIQLAMA
"Ümumiyyətlə Ermənistanın rəhbərliyi separatçı qüvvələrdən ibarətdir və onlar işğalçıdırlar". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev erməni hərbiçilərinin cəbhədə dinc əhaliyə atəş açmasına münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, onlar insan kimi normal dolanmağı bacarmırlar: "Bu gün rəsmi İrəvan həm öz xalqını pis günə qoyur, həm də qonşuları ilə düşmən vəziyyətində yaşayır. Məhz buna görə də onlar utanmadan mülki əhaliyə güllə atırlar. Hətta bu yaxınlarda erməni hərbiçiləri biabırçı hərəkətə yol verdilər. Onlar caamatın xeyir işini yarımçıq qoydu. Mütəmadi olaraq bu şəxslər Tovuz, Qazax, Tərtər zonasında öz çirkin əməllərini törədirlər".
R.Rzayev hesab edir ki, qorxaq hərbi qüvvəyə malik olan dövlət ancaq bu kimi addımlar ata bilər: "Eyni zamanda Azərbaycanın qüdrətli ordusu kifayət qədər ciddi onların cavabını verir. Hətta bildiyiniz kimi, orada da artıq təşvişə düşüblər. Təbii ki, müəyyən səbəblər aradan qaldırılandan sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Ermənistan sadəcə olaraq arxadan zərbə vuran separatçı qüvvədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB