Millət vəkili: “Fransanın fikirləri müsbət istiqamətdə dəyişəcək” AÇIQLAMA

"Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın Fransa prezidenti Fransua Ollandla görüşüni bu ölkənin Azərbaycana verdiyi xüsusi önəm kimi dəyərləndirmək olar". Bunu SİA-ya açıqlamasında millət vəkili Kamilə Əliyeva söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycan bütün dövlətlərlə xoş və səmimi görüşlər aparır: "Prezident İlham Əliyevin apardığı düzgün xarici siyasət göz qabağındadır. Eləcə də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da digər ölkələrlə, xüsusilə də Fransa ilə apardığı siyasi əlaqələr olduqca uğurludur. Mehriban xanımın Fransada apardığı görüşlər silsilə görüşlərdən biridir. Hansı ki, bu Azərbaycan və Fransanın gələcəkdəki əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Bizim də əsas prinsiplərimizdən biri də Fransanın Azərbaycana qarşı olan fikirlərinin müsbət yönümdə olmasıdır. Bildiyiniz kimi, bədxah qonşularımız daima qarayaxmalarla və onları dəstəkləyən digər ölkələr də Azərbaycanın uğurlarına kölgə salmaq üçün müəyyən işlər aparır. Məhz Mehriban xanımın Fransa prezidenti ilə apardığı görüş tarixən Azərbaycanın necə bir dövlət olduğunu, hər zaman sülh və əmin-amanlığa can atdığını bir daha sübut edəcək. Bununla da Fransanın Azərbaycana qarşı olan bəzi fikirləri müsbət istiqamətdə dəyişəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə