Azərbaycan Sosial Rifah Partiyası "Müqəddəs məqsədin nailiyyətlərinin daha da artırılması istiqamətində" adlı beynəlxalq konfrans keçirib. SİA-nın xəbərinə görə, konfransda "Ermənistanın Azərbaycanı işğal etməsi zamanı törədilmiş soyqırımı, terror, işgəncə, qətl faktları və Qarabağ probleminin həlli yolları" layihəsi müzakirə olunub.
Tədbirdə layihə ilə bağlı məlumat verən partiya rəhbəri Xanhüseyn Kazımlı bildirib ki, layihə çərçivəsində Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixini, mədəniyyətini, habelə Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixini özündə əks etdirən fotoşəkillər və məlumatlandırıcı materiallar, videogörüntülər, statistik məlumatlar hazırlanıb, ingilis dilinə tərcümə edilərək buklet və kitab çap ediləcək.
Onun sözlərinə görə, qeyd olunan materialları dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Polşanın Varşava və Belastok şəhərlərində müxtəlif tədbirlər, konfranslar keçiriləcək və keçirilən tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərlə bağlı fikir mübadilələri aparılacaq: "Layihə çərçivəsində həmçinin Azərbaycan həqiqətlərinin statistik məlumatlarla dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın Azərbaycana vurduğu maddi və mənəvi zərərə görə təzminat tələb olunması məsələsinin gündəmə gətirilməsi, Ermənistanın Azərbaycanı işğal etməsi zamanı törədilmiş soyqırımı, terror, işgəncə, qətl faktları ilə bağlı dünya ictimaiyyətində, beynəlxalq təşkilatlarda düzgün rəyin formalaşdırılması, ermənilər tərəfindən törədilmiş cinayətlərin beynəlxalq məhkəmə tərəfindən mühakimə edilərək cəzalandırılmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində BMT-nin və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin icra olunması, Azərbaycanın ayrılmaz ərazisi olan Qarabağın tarixi həqiqətləri haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması nəzərdə tutulub".
Daha sonra tədbirdə çıxış edənlər layihənin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Konfrans müzakirələr əsasında davam edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB