Deputatdan nazirin "erməni soyqrımı"nı tanıması ilə bağlı AÇIQLAMA

"Türkiyədəki müvəqqəti hökumətə nazir təyin olunmuş HDP nümayəndəsi Heydər Qönçənin "erməni soyqırımı"nı qəbul etməsi ilə bağlı çıxışı Türkiyənin siyasi kursuna açıq-aşkar zidd bir davranışdır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, təşkilatın məqsədi Türkiyəyə arxadan zərbə vurmaq, onu sarsıtmaq və beynəlxalq imicini pozmaqdan ibarətdir: "Hazırda Heydər Qönçənin açıqlaması ilə bağlı müzakirələr gedir. Təbii ki, bu çıxış Türkiyənin apardığı siyasi kursa tamamilə ziddir. Əslində bu çıxış bir daha göstərdi ki, HDP-nin məqsədi Türkiyənin daxilində normal yaşamaqdan və fəaliyyət göstərməkdən ibarət deyil. Məhz kürd mənsəbli HDP-li nazirin "erməni soyqırımı"nı qəbul etdiyi ilə bağlı səsləndirdiyi fikirlər bu gümanlarımızı həqiqətə çevirdi".

Çingiz Qənizadənin fikrincə, Türkiyə bu məsələyə açıq bir şəkildə öz etirazını bildirəcək: "Türkiyənin bir çox siyasətçiləri və rəsmiləri bu məsələyə öz münasibətini bildirib. Yəqin ki, Türkiyə də bu məsələyə açıq şəkildə etirazını bildirəcək. Amma nəzərə alaq ki, hazırda həm Türkiyənin dövlət orqanları, həm hakimiyyətin özü, həm də ölkə ictimaiyyəti çaşqın vəziyyətdədir. Çünki, ölkənin siyasi həyatında bir sıra terror aktları və basqınlar baş verir. Ola bilər ki, Türkiyə hakimiyyətinin bu məsələyə səssiz yanaşması da bir siyasətdir. Hakimiyyət hələ ki, onların boşboğaz ifadələrini dinləyir. Təbii ki, noyabrın 1-də baş tutacaq seçkilərdən sonra bu şəxslər Türkiyə hakimiyyətində təmsil olunmayacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...