Sabir Rüstəmxanlı seçkilərdə iştirak edə bilər

Sabir Rüstəmxanlı seçkilərdə iştirak edə bilər

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) namizədlərinin adının qeyd olunduğu siyahısını təqdim edib. Siyahıda partiya VHP sədri Sabir Rüstəmxanlının və VHP sədr müavini Fəzail İbrahimlinin adı olmayıb. Bu barədə SİA-ya açıqlama verən VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, namizədliyinin verilib-verilməməsi haqda danışmaq hələ tezdir.

Onun sözlərinə görə, seçkilərdə namizədlik vermə mərhələsi davam edir və bu barədə konkret qərar alınmayıb: "Hələ 20-25 sentyabr tarixinə qədər vaxtımız var. Namizədliyimin irəli sürülməyəcəyi barədə fikir söyləmək hələ tezdir. Bununla bağlı qəti qərar yoxdur. Bu məsələ indiki zaman üçün müzakirə mövzusu deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə