"Əsas odur ki, seçiləcək yeni həmsədrlər qərarlara hörmətlə yanaşsınlar" MÜNASİBƏT

"ATƏT-in Minsk qrupu turist qrupuna bənzəyir". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı Ermənistanın ATƏT-in Minsk qrupu nümayəndələrinin seçimi ilə bağlı başlatdıqları kampaniyaya münasibət bildirərkən deyib.

Sabir Rüstəmxanlı bildirir ki, ATƏT-in Minsk qrupunun 23 illik fəaliyyəti dövründə elə ciddi bir dəyişiklik qeydə alınmayıb: "Mən bunu əvvəl də qeyd etmişəm ki, ATƏT-in Minsk qrupu turist qrupuna bənzəyir. Dünyanın müxtəlif ölkələrində müxtəlif aspektdən görüşlər keçirir. Amma bütün bu illəri nəzərə aldıqda əslində ortada heç bir irəliləyiş yoxdur. Əslində bu qrupunun üzləri olan ölkələrin Ermənistana pərəstişi bəlli bir haldır. Ona görə də, Ermənistanın bu tərkibin dəyişməsini istəməməsi normaldır".

Onun sözlərinə görə, həmsədrlərin tərkibinin dəyişməsinin elə də bir önəmi yoxdur: "Söhbət dəyişəcək üzvlərin məsələyə yanaşma tərzindən gedir. Əsas məsələ qrupda bu və ya başqa ölkələrin fəaliyyətdə olması deyil, əsas olan fəaliyyətdə olan ölkələrin həqiqəti görmələridir. Söhbət məsələyə real yanaşmaqdan gedir.

Bu işin həlli üçün məsələ ilə bağlı fəaliyyət göstərən qurumlar müəyyən addımlar atmalıdır. Bu gün fəaliyyətdə olan ölkələr yerinə başqa ölkələr gələ bilər. Əgər onlar bu situasiyanı dəyişmək istəməsələr və ya ermənipərəst mövqe tutsalar, təbii ki, dəyişikliyin heç bir nəticəsi olmayacaq. Əsas odur ki, seçiləcək yeni həmsdərlər BMT-nin qərarlarına hörmətlə yanaşsın və o qərarların həyata keçirilməsində yardımçı olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...