Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA xəbər verir ki, iclasda MSK-nın 29 avqust tarixli iclasının protokolu təsdiqlənib, həmçinin də "Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları" haqqında" Təlimata dəyişiklik edilib.
İclasda noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması məsələsi müzakirə edilib. Yeni Azərbaycan Partiyasının (YAP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP), Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) bu il keçiriləcək parlament seçkilərində səlahiyyətli nümayəndələri qeydə alınıb.
Həmçinin toplantıda noyabrın 1-nə təyin edilən Milli Məclisə seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiqlənib.
Bu barədə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, bildirişlərdə səsvermə ilə bağlı geniş məlumatlar yer alır: "Bu seçkilərdə bildirişlərin sayı 5 milyon 250 min ədəd olacaq"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB