"Onun söylədikləri mədəniyyətsizlikdir" Razi Nurullayevdən cavab

"Onun söylədikləri mədəniyyətsizlikdir" Razi Nurullayevdən cavab

""Azərbaycan saatı" verilişində Qənimət Zahidin söylədikləri etikadan kənar və mədəniyyətsizlikdir". Bu sözləri SİA-ya açıqlamasında AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə, şantaj, qarayaxma və ləkələmə Qənimət Zahidin peşəsinə çevrilib: "Təbii ki, bu tapşırıq Əli Kərimlinin göstərişi və diktəsi ilə həyata keçirilib. Bununla da Qənimət Zahid növbəti şər, böhtan və iftiralarını yağdırdı. Mən hesab edirəm ki, artıq o öz dediyinə özü belə inanmır. Onun bu şər, böhtan motivli çürük taktikası artıq işləmir. Mənim onların nə dediyindən, nə düşündüyündən zərrə qədər narahatçılığım yoxdur. Onlar özləri özlərini batırıb, ifşa edirlər".

R.Nurullayev qarşı tərəfin haqqında belə informasiyalar yayarkən ona söz haqqı vermədiklərini də qeyd edib: "Özünü azad sözün müdafiəçisi kimi təqdim edən və bütün televiziyalarda, mediada danışmaq imkanı tələb edən bir şəxs digər insanların hüququnu pozur. Birtərəfli şər və böhtana söykənən məlumatlar yayır, qarşı tərəfin fikrini öyrənmədən fikir irəli sürür. Yəni burada mənim fikrimə müraciət olunmur. Bu nə dərəcədə normal, etik və qaydalara uyğundur? Bu etikadan kənar bir hərəkətdir"

Bütün xəbərlər Facebook səhifəmizdə