İlham Quliyev: “Bundan sonra ABŞ susmalıdır” MÜNASİBƏT

İlham Quliyev: “Bundan sonra ABŞ susmalıdır” MÜNASİBƏT

"Yaşanan hadisə ABŞ-da media azadlığının hansı səviyyədə olduğunu bir daha göstərdi". Bu fikirləri SİA-ya "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalistin naməlum şəxs tərəfindən güllələnməsinə münasibətini bildirərkən deyib.

ONun sözlərinə görə, baş verən hadisə ABŞ demokratiyası üçün üz qarasıdır: "Canlı yayımda jurnalistləri güllələnən ABŞ başqa ölkələrdə jurnalistlərin hüquqlarının pozulması ilə bağlı hesabatlarla, bəyanatlarla çıxış edir. Bu, çox qəribədir. Başqasına məsləhət görən dövlət görəsən özü niyə buna əməl etmir? Baş verən hadisə ABŞ demokratiyası üçün üz qarası oldu. Düşünürəm ki, bu ciddi şəkildə pislənməlidir. Həm beynəlxalq təşkilatlar, həm də mətbuat sahəsində çalışan bütün qələm adamları buna etirazlarını bildirməlidirlər. ABŞ höküməti hadisənin araşdırılması ilə bağlı konkret adımlar atmalıdır. Əks təqdirdə bu, heç də xoşagəlməz hallara gətirib çıxara bilər".

Baş redaktor həmçinin ABŞ-ın prezidentliyə namizədi Donald Trumpun seçki platforması ilə bağlı keçirdiyi mətbuat konfransında miqrant siyasəti barədə sual verən jurnalistin mətbuat konfransından qovmasına da münasibət bildirib. O qeyd edib ki, bu məsələ ABŞ-ın söz azadlığına, fikir plüarilizminə dözümsüz yanaşmasının nəticəsidir: "Bu addımın prezidentliyə namizəd olan bir şəxs tərəfindən atılması o deməkdir ki, o prezident olarsa, mediaya bu cür münasibət göstərəcək. Hesab edirəm ki, bütün bunlardan sonra ABŞ öz abrına qısılıb kənarda oturmalı, başqa ölkələrdə media azadlığı ilə bağlı hadisələrə susqunluqla yanaşamalıdır. Yəni, birinci öz ölkəsində jurnalistlərə münasibəti qaydaya salmalı, sonra digər ölkələrə müdaxilə etməlidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə