Arzu Nağıyev: “Rusiyada məxməri inqilab gözlənilmir” AÇIQLAMA

Arzu Nağıyev: “Rusiyada məxməri inqilab gözlənilmir” AÇIQLAMA

"Rusiyada elə bir müxalif qüvvə yoxdur ki, məxməri inqilab edə bilsin. Hətta varsa da onların imkanları çox məhduddur. Bu baxımdan da bu, o qədər də inandırıcı görünmür". Bu fikirləri SİA-ya politoloq Arzu Nağıyev qərb analitiklərinin Rusiyada məxməri inqilabın gözləndiyinə dair proqnozlarına münasibətini açıqlayarkən deyib.

Politoloq qeyd edib ki, əgər inqilab edilməsi nəzərdə tutulsaydı Qərb bu qədər iqtisadi və digər sanksiyalara getməzdi: "İkinci məqam isə ondan ibarətdir ki, bu gün Rusiyanı hərbçilər və ya "müharibə partiyası", təbii sərvətlərdən yararlanan oliqarxlar idarə edirlər. Bunların da hər birinə yetərincə "pay" ayrılıb ki, siyasi dəyişilklərə getməsinlər. Demək olar ki, Rusiya kommunistlərindən tutmuş, liberallara qədər hamısı hazırkı hakimiyyətlərində təmsil olunurlar. Bütün bunları nəzərə alan Qərb məhz sanksiyalar tədbiq etməklə milli mənsubiyyət məsələsindən istifadə edəcək".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə