24 avqust tarixində Ermənistan prezidenti Serj Sarkisyan və Venesiya Komissiyası üzvləri arasında konstitusiya islahatı ilə bağlı görüş keçirilib. SİA-nın lragir.am saytına istinadən verdiyi məlumata görə, görüşdə konstitusiya mətnində ərazi bütövlüyü ilə bağlı maddənin referenduma çıxarılması ilə bağlı məsələ müzakirəyə qoyulub.
Verilən məlumatda ərazi mübadiləsi məsələsi də ortaya atılıb. Lakin hansı ərazi mübadiləsindən söhbət getdiyi sual doğurub. Bu zaman müəyyən dövr üçün erməni mətbuatında aktual olan Dağlıq Qarabağın Mehri ilə dəyişdirilməsi məsələsi gündəmə gətirilib.
Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, məsələnin mümkünlük ehtimalını rəsmi qurum olaraq müşahidə etmirik. Ümumiyyətlə bu məsələ ilə bağlı hələ ki, heç bir məlumat yoxdur. Onun sözlərin görə, əgər hər hansı bir rəsmi fakt və ya bəyanat olarsa, o zaman məsələyə münasibət bildiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB