Razi Nurullayev: "İddialıyıq" AÇIQLAMA

Razi Nurullayev: "İddialıyıq" AÇIQLAMA

"Açığı biz hal-hazırda seçki üzərində fokuslaşmamışıq. Amma bu barədə müəyyən bir qərarımız var". Bu sözləri SİA-ya açıqlamasında AXCP-nın Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev deyib.

"Belə ki, öz namizədlərimizlə müxtəlif partiyalarda seçkilərə qatılmağı düşünürük. Əgər bu həyata keçərsə, o zaman iddialı şəkildə seçkilərə qatılacağıq. Ümumiyyətlə düşünürük ki, bu gün parlamentdə sözünü deyə bilən, siyasi mədəniyyət nümunəsi göstərə bilən insanlara yer verilməlidir. Gələcəkdə Azərbaycanda mərhələ-mərhələ Türkiyə modeli bir siyasət qura biləcək insanlara ehtiyac var. Biz bu şüarla belə bir yanaşma tərzi ilə seçkilərdə iştirak etmək istəyirik. Hələ ki, bununla bağlı qəti qərarımız yoxdur. Lakin bu barədə müəyyən işlər aparılır"- deyə, R. Nurullayev qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə