Prokuror Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. SİA xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edib.

Daha sonra prokuror Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Xədicə İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə