YAP Pirallahı rayon şöbəsində partiya fəalları ilə treninq keçirilib FOTOLAR

YAP Pirallahı rayon şöbəsində partiya fəalları ilə treninq keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsində cari ilin noyabr ayında keçiriləcək növbəti parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlərin müdafiəsi üçün imza toplayacaq partiya fəalları ilə treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, treninqdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsinin sədri Manaf Manafov əvvəlcə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında məlumat verib.

Daha sonra M.Manafov xatırlatdı ki, Möhtərəm Prezident cənab İlham Əliyevin Milli Məclisə seçkilərin təyin edilməsi haqqında Sərəncamı imzaladıqdan sonra Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürüləcək namizədlər Yeni Azərbaycan Partiyası İdarə heyətinin iclasında təsdiq edildikdən sonra ictimaiyyətə açıqlanacaq və bundan sonra qanuna müvafiq olaraq, namizədlərin imzatoplama kampaniyasına start veriləcək. İmza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü deyən M.Manafov qeyd edib ki, bütün digər seçkilərdə olduğu kimi, bu seçkidə də qısa bir vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir.

Bu sahədə Yeni Azərbaycan Partiyası fəallarının zəngin təcrübəsinin olduğunu da deyən M.Manafov qeyd edib ki, Seçki Məcəlləsində və Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlarda imza toplayan şəxslərin hüquq və vəzifələri, kimlərin imza toplaya biləcəyi, onların hansı qaydalara əməl etmələri, yaxud harada imza toplanıla bilər kimi məsələlər aydın formada göstərilib. Yeni Azərbaycan Partiyası tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün həmin təlimatlardan çıxarışlar hazırlanıb: "Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və Mərkəzi Seçki Komissiyasının təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir".

Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə