Elşən Musayev: “Qərb ölkələrində islamofobiya yeni xəbər deyil" AÇIQLAMA

Elşən Musayev: “Qərb ölkələrində islamofobiya yeni xəbər deyil" AÇIQLAMA

"Müsəlman dövlətləri müəyyən hallarda öz əməllərinə sadiq qalan dövlətlərdir. Burada misal göstərmək üçün özümüzü götürmək olar". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev deyib.

Onun sözlərinə görə, bütün dünyada bu gün islamofobiya faktoru mövcuddur. Bu qorxu nəticəsində islam dövlətlərinin bir sıra hüquqları öz yerini ala bilmir, bir sıra münaqişələr həll edilmir. Buna misal olaraq Dağlıq Qarabağ problemini göstərmək olar: "Azərbaycan, Türkiyə hər zaman regionda nüfuza malik olan müsəlman dövlətləridir. Lakin dünyada və Avropada heç zaman müsəlmana, ərəb dövlətlərinə qarşı fikir birmənalı olmayıb. Burada həm islamofobiya faktoru var, həm dinin ayırdığı missiya və tələb etdiyi öhdəliklər var, həm də digər məsələlər mövcuddur. Xristianlara qarşı münasibət hər zaman qlobal faktorlarla ölçülüb. Dağlıq Qarabağ məsələsini misal göstərmək olar. Bu gün Azərbaycan Qafqazda ən güclü mövqeyə sahib olan dövlətdir, amma biz Dağlıq Qarabağ probleminin həllinə nail ola bilmirik. Bunun səbəbi bizim müsəlman olmağımızdır. Lakin, digər tərəfdən islamofobiya faktoru, dindən qorxu faktoru, son zamanlar din üzərindən hərəkət edən terror təşkilatlarının güclənməsi, xüsusən İŞİD faktoru artıq dünyada da təbii qorxuları yaradıb. Lakin terror təşkilatının islama bağlı olub-olmadığı başqa bir müzakirə mövzusudur. İslam faktoruna münasibətə gəldikdə isə bu xristianlıqla müqayisədə bərabər götürülmür. Şərqi Avropa dövlətlərinin miqrantları qəbul etməsində müsəlman məsələsinin müzakirə mövzusuna çevrilməsinin doğru olduğunu düşünmürəm. İslamafobiya ciddi faktordur. Bu faktor bütün dünyaya, o cümlədən ərəb dövlətlərinə də siraət etdiyi dəqiqdir. Mövzu ilə bağlı fikirləşmək lazımdır. Çünki, son dərəcədə bir-birini inkar edən anlayışlar bu məsələdə ətrafda dövr etməkdədir".

Bütün xəbərlər Facebook səhifəmizdə