Tural Abbaslı: “Arif Hacılının idarə metodundan narazıyam” AÇIQLAMA

Tural Abbaslı: “Arif Hacılının idarə metodundan narazıyam” AÇIQLAMA

"Mən Müsavat Partiyasında o zaman başqanlığa namizəd olanda da, indi də qurultay günü baş tutan seçkilərdən narazı qalmamışam. Bu prossesdən narazı qalsaydım bu günə qədər məsələni gündəmə gətirərdim". Bu fikirləri SİA-ya Müsavat Partiyasının keçmiş başqanlığa namizədi, "Ağ Blok"un təmsilçisi Tural Abbaslı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Müsavat Partiyasını qurultayın ləğvinə görə məhkəməyə verməsinə münasibətini açıqlayarkən deyib.

Bu iddiada hansı tərəfin haqlı olub-olmadığına dair sualımıza cavab olaraq Tural Abbaslı deyib ki, biz Müsavat Partiyasının VIII qurultayından sonra qalib gəlmiş Arif Hacılının idarə metodundan və Müsavatın siyasi ənənələrinə uyğun gəlməyən addımlarından narazı qaldıq: "Yəni, seçki sonrası Arif Hacılının partiyadaxili münasibətləri bizdə narazılıq yaratdı. Odur ki, məhkəmənin qərarını gözləyək. Mənim şəxsimə gəlincə. Hələlik bu məsələyə görə Müsavatı məhkəməyə vermək fikrində deyiləm. Amma gələcəkdə nə olacağını bilmək olmaz. Hazırkı hədəfim "Ağ Blok" çərçivəsində parlament seçkiləridir. Biz özünü müxalifət adlandıran heç bir partiya, qurum və ya şəxslə rəqabət aparmırıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə