YAP Masallı rayon təşkilatı seçkilərə yüksək səviyyədə hazırlaşır
Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının Seçki Qərargahı da parlament seçkilərinə fəal şəkildə hazırlaşır. SİA-nın verdiyi məlumata görə, parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının fəaliyyət proqramına uyğun olaraq hazırlıq və görüləcək işlərin koordinasiyasını həyata keçirmək məqsədilə YAP Masallı rayon təşkilatı idarə heyətinin 28 iyul 2015-ci il tarixdə keçirilən iclasında Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı şöbəsi yaradılaraq onun 21 nəfərdən ibarət üzvləri təsdiq edilib. Qərargah üzvlərinin üzərlərinə düşən vəzifələr müəyyənləşdirilib, kütləvi informasiya vasitələri ilə iş qrupu, təşkilati məsələlərə, təbliğat və təşviqat məsələlərinə nəzarət qrupları yaradılıb.
Yeni Azərbaycan Partiyası tərəfindən Parlament seçkilərinə namizədlikləri irəli sürüləcək namizədlərin müdafiəsi üçün təşkilatın seçki qərargahı tərəfindən imza toplayacaq şəxslər və səlahiyyətli nümayəndələr müəyyənləşdirilimiş və onların adlı siyahısı hazırlanaraq YAP Mərkəzi Aparatına göndərilib. Təşkilatın seçki qərargahı tərəfindən ərazilərdə keçiriləcək təbliğat və təşviqat işləri ilə bağlı görüş qrafikləri tərtib edilmiş, rayonun 5 seçki dairəsini əhatə etdiyi 117 seçki məntəqələrinin hər bir yaşayış məntəqəsi üzrə YAP fəallarından ibarət qruplar yaradılıb.
YAP Masallı rayon təşkilatı aparatında partiya tərəfindən dairə və seçki məntəqələrində müşahidə aparacaq partiya fəalları ilə treininqlər keçirilmiş, məşvərətçi səs hüquqlu üzvlər ilə görüşlərin keçirilməsi və maarifləndirmə işləri davam etməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB