ABŞ-da alovsaçan silah açıq satışa çıxarıldı ŞOK

ABŞ-da alovsaçan silah açıq satışa çıxarıldı ŞOK

Heç bir lisenziya tələb etməyən "əyləncə üçün vasitə", adlı alovsaçan silan bu ildən etibarən ABŞ-da açıq satışa çıxarılıb. SİA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, Klivlend şəhərində (Ohayo ştatı) fəaliyyət göstərən "Throwflame" şirkəti bu silahın dəyərini 1599 dollar civarında müəyyənləşdirib. Silah istifadə olunarkən, 50 fut (15 metr) uzaqlığa qədər alov dilimləri saçmaq gücünə malikdir.

Digər ABŞ şirkəti – Detroytda fəaliyyət göstərən "Ion Productions Team" isə rəqibindən daha ucuz və "təhlükəsiz" alovsaçan silah təklif edir. Belə ki, bu şirkətin satışa çıxardığı silah 900 dollara satılır və istifadə olunduğu zaman ondan çıxan alov dilimləri 7,5 metr uzaqlığa qədər yetişə bilir.

Şirkətin təsisçisi Guin Vaytxet isə telekompaniyaya müsahibəsində deyib ki, onlara müraciət edən alıcılar alovsaçan silahları yalnız əyləncə məqsədi üçün aldıqlarını bildirirlər.

"Onlar təmiz havada barbekyu bişirərək, qonşularını təəəccübləndirmək istəyirlər"- deyə, şirkət təsisçisi qeyd edib.

Şirkət təsisçiləri həmçinin bildirirlər ki, alovsaçan silahlar eyni zamanda fermerlər tərəfindən də istifadə edilə bilər. Belə ki, onlar zərərli həşəratlara, vəhşi heyvanlara qarşı bu silahı işlədərək, səmərə əldə edəcəklər.

CNN isə məsələnin araşdıraraq həm də belə bir nəticə əldə edib ki, federal qanunvericiliyə görə, alovsaçan silahların istifadəsinə görə heç bir qadağa qanunu mövcud deyil. Hətta alkoqol və tütün məhsullarının, partlayıcı maddələrin, eləcə də atıcı silahların nəzarət idarəsinin təmsilçisi də bildirib ki, alovsaçan silahın alışı üçün Fedral Araşdırmalar Bürosunun icazə sənədini əldə etmək belə laızm deyil. Belə ki, alovsaçan silah atıcı silah deyil.

Qeyd edək ki, ABŞ prezidenti Obama ABŞ-da silah satışı məsələsində qanunların sərtləşdirilməsi istiqamətində addımlarının dəstəklənməməsindən təəssüfləndiyini bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə