Tənzilə Rüstəmxanlıdan Zəkəriyyə Özlə bağlı AÇIQLAMA

Tənzilə Rüstəmxanlıdan Zəkəriyyə Özlə bağlı AÇIQLAMA

"Zəkəriyyə Özün arxasında erməni diasporası və türk düşmənləri dayanır". Bu sözləri SİA-ya Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Zəkəriyyə Özün Ermənistana qaçması ilə bağlı açıqlamasında deyib.

O bildirib ki, bu halı Türkiyə üçün rüsvayçılıq saymaq olmaz. "Əslində bu, Zəkəriyyənin özü üçün rüsvayçı haldır. Sözdə "Ergenekon" adlandırılan terror təşkilatını quran Zəkəriyyə 7 il müddətində Türkiyədə olan vətənsevər, millətsevər insanları həbsə atdırıb. Ordunun nüfuzlu generalların həbsinə səbəb olub. Bundan əlavə, Türkiyəni müdafiə edə biləcək bir çox adamların səsini batırdılar. Zəkəriyyə Öz Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ məsələsi ilə əlaqədar olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz edənləri həbs etmişdi. Bu gün onun Ermənistana qaçması sübut edir ki, arxasında Erməni diasporası və türk düşmənləri dayanır. Əslində o, belə bir addım atmaqla özünü ifşa etmiş oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə