“Rusiya olmasa Ermənistan məhv olar” AÇIQLAMA

“Rusiya olmasa Ermənistan məhv olar” AÇIQLAMA
"ABŞ-ın Ermənistanı öz maraqları dairəsinə çəkməsi Rusiyaya zidd bir davranışdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

Politoloq bildirib ki, Ermənistan hələ Osmanlı İmperiyası dövründən birbaşa Rusiyanın təsiri altında olub və onun maraqlarına uyğun fəaliyyət göstərib: "Əgər Ermənistan ABŞ-ın maraqlarının bir hissəsini yerinə yetirsə, o zaman dağılar və məhv olar. Amerika Birləşmiş Ştatları Ermənistanı öz maraqları dairəsinə çəkməyə cəhd edərsə, Ermənistan və Rusiya əlaqələrinə ciddi zərər verə bilər. Ermənilərin kapital axını da, fəaliyyət perspektivi də Rusiyaya bağlıdır. Rusiya olmasa, Ermənistan bir anda məhv olar. Rusiya Ermənistanın jandarm rolunu oynayır. Ona görə də bu iki dövlətdən başqa bir siyasət gözləmək mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə