Razi Nurullayev: “Seçkini boykot taktikası Əli Kərimlidən qaynaqlanıb” MÜNASİBƏT

Razi Nurullayev: “Seçkini boykot taktikası Əli Kərimlidən qaynaqlanıb” MÜNASİBƏT

""Milli Şura"nın parlament seçkilərini boykot taktikası özünü bitirmək anlamına gəlir. Fikrimcə siyasətin zirvəsi seçkilərdir. Zirvədən kənarda qalmaq özünə inamsızlıq və seçicilərə hörmətsizlikdir". Bu fikirləri SİA-ya Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin keçmiş müavini Razi Nurullayev "Milli Şura"nın bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək parlament seçkilərini boykot edəcəyinə dair fikirlərə münasibətini bildirərkən deyib.

Razi Nurullayev qeyd edib ki, "Milli Şura"nın bu addımı seçkidə iştirak etmək istəyən onlarla üzvün hüquqlarını pozmaq və onların mübarizə ruhunu, motivasiya və stimulunu öldürməkdir: "Düşünürəm ki, müxalifət düşərgəsini təmsil edənlər birinci növbədə xalqla təması düzgün qurmalıdırlar. Seçkinin yaratdığı imkandan istifadə edərək tribuna qazanmaq şansını dəyərləndirmək lazımdır, daha sonra isə şəxsi motivləri ortaya qoymaq. Amma, bu vəziyyətdə Əli Kərimlinin şəxsi maraqları öncə gəlib. Əminəm ki, seçkini boykot taktikası da Əli Kərimlidən qaynaqlanıb. Yəqin o əmindir ki, yenə də parlamentə düşə bilməyəcək. Elə buna görə də başqalarının da seçilmək şansını məhv etmək yolu tutub. Bu isə ümumi müxalifətin ziyanınadır. Buna təəssüf edirəm və bütün maraqlı şəxsləri seçkilərdə iştiraka və kimlərinsə şəxsi istəklərinin qurbanına çevrilməməyə çağırıram".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə