Aydın Mirzəzadə: “Bu tipli beynəlxalq təşkilatların bəyanatları heç nəyi ifadə etmir” MÜNASİBƏT
"Jurnalistin ölümü bütün Azərbaycan xalqına ciddi təsir elədi. Bu xuliqanlıq hərəkətidir və hökümətimiz buna anında reaksiya verdi". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə "ann.az" saytının əməkdaşı Rasim Əliyevin ölümü ilə bağlı radikal müxalifət mətbuatının qərəzli yazılar dərc etməsinə, eləcə də bir sıra Qərb təşkilatlarının, o cümlədən AŞPA-nın baş katibi Yaqlandın açıqlamasına münasibətini bildirərkən deyib
Millət vəkili qeyd edib ki, hüquq-mühafizə orqanları artıq məsələ ilə bağlı cinayət işi başladıb və bu barədə vaxtaşırı cəmiyyət məlumatlandırılır: "Təqsirkarların müəyyən edilməsi üçün atılan addımlar Azərbaycanda insan hüquqlarının qorunmasına çox ciddi yanaşılmsının nümunəsidir. Amma bunun fonunda Avropa Şurası rəhbərliyinin məsələni siyasiləşdirməsi, bu məsələdə hansısa siyasi motiv axtarması başadüşülən deyil. O zaman bu tip bəyanatlar verilə bilərdi ki, Azərbaycanda mövcud cinayət hadisəsi ya ört-basdır edilərdi və yaxud da ki, məsələnin araşdırılmasında ölkə rəhbərliyi maraqlı olmazdı. Bir halda cənab Prezident məsələni öz nəzarətinə götürüb o zaman bu tipli beynəlxalq təşkilatların bəyanatları heç nəyi ifadə etmir. Məhz ona görə də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Avropa Şurasının Baş Katibi Torbyorn Yaqlandın jurnalist Rasim Əliyevin ölümü ilə əlaqədar açıqlamasına adekvat cavab verib. Çox təəssüflə deyirəm ki, ölkəmizdə baş verən hər hansı bir hadisənin, cinayət işinin məqsədyönlü şəkildə siyasiləşdirilməsi adət halını alıb. Bu baxımdan da hesab edirəm ki, onların bu tipli bəayanatlarını, fikirlərini ciddi qəbul etmək lazım deyil".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB