“Ağlı başında olan partiya seçkini boykot etməz” AÇIQLAMA

“Ağlı başında olan partiya seçkini boykot etməz” AÇIQLAMA

"Seçkilərə hazırlıq artıq beş aydır ki, başlayıb". Bu sözləri SİA-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, Milli Məclis deputatı Fazil Mustafa seçkilərə hazırlıq prosesi ilə bağlı danışarkən bildirib.

Hazırlığın normal səviyyədə getdiyini deyən sədr artıq namizədlərin də sayının təxmini müəyyən olduğunu açıqlayıb: "Hazırlıq normal səviyyədə gedir. Bütün dairələrdən namizədlərin adları hazırlanıb veriləcək. Təxminən 100 dairədən namizədlik verilməsi gözlənilir".

BQP sədri bəzi partiya namizədlərinin seçkiyə qatılmayacağı ilə bağlı yayılan məlumatlara da öz münasibətini bildirib: "İnanmıram ki, ağlı başında olan siyasi partiyalar seçkini boykot eləsin. Seçkilər partiyanın tanınması üçün bir fürsətdir. Təbliğat məqsədilə seçkilərdə iştirak etmək partiyaların mahiyyətinə aid olan məsələdir. Bu partiyaların borcudur. Seçkiləri boykot edəcək partiyaların uğur qazanacağını düşünmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə