"Hər bir siyasi qurumun özünəməxsus taktikası və strategiyası olur". Bu fikirləri SİA-ya Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin üzvü Səxavət Əlisoy AXCP və Milli Şuranın parlament seçkilərini boykot etməsinə münasibətini bildirərkən deyib.
Lakin buna rəğmən, Səxavət Əlisoy iddia edib ki, kim hansı yolu seçir, özü bilər. O, bəzi partiyaları "hakimiyyətə işləməkdə" ittiham edib. Demokratiya və Rifah Hərəkatının funksioneri KXCP, Ümid, Azadlıq, Ədalət, VHP, ADP, VİP, AMİP, Müsavat və s. seçkilərə qatılmaq istəyən partiyalara iztehzalı münasibət sərgiləyib: "Bu insanlar parlamentdə təmsil olunmaq üçün, orada əyləşmək üçün "Heyvagülü" də oynayarlar. Çünki ənənəvi müxalifətin davası yalnız və yalnız yorğan davasıdır".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB