Hikmət Babaoğlu: "Mətbuat heç vaxt indiki qədəra azad olmayıb" MÜNASİBƏT

Hikmət Babaoğlu: "Mətbuat heç vaxt indiki qədəra azad olmayıb" MÜNASİBƏT

"Senzuranın ləğv edilməsi Azərbaycan milli mətbuat tarixində sözün əsil mənasında hadisə idi". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu Azərbaycanda mətbuata tədbiq edilən senzuranın ləğv edilməsi ilə bağlı açıqlamasında deyib.

Baş redaktor qeyd edib ki, 1998-ci ilin şərtləri içərisində bu addımı atmaq əsil cəsarət və müdriklik tələb edirdi: "Böyük dövlət xadimi Ulu Öndər Heydər Əliyev senzuranı ləğv etməklə tarixi bir qərara imza atmış oldu. Bundan sonra Azərbaycan mətbuatı öz inkişaf tarixində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Əsla düşünmək lazım deyil ki, bu proses rahat və ağrısız keçdi. Düşünürəm ki, o illərdə Azərbaycan mətbuatı və ictmaiyyəti buna tam hazır deyildi. Çünki senzuranın ləğvindən sonra bəzən mətbuatda anarxist meyillərin artdığını, söz və mətbuat azadlığının istismar edildiyini müşahidə etdik. Amma bütün bunlara baxmayaraq zaman göstərdi ki, atılan addım doğru idi. Biz milli mətbuatımızın hazırkı inkişaf səviyyəsinə görə həmin qərara borcluyuq və həmişə də borclu olacağıq. Çünki yalnız fikir və söz azadlığının olduğu ictimai mühitdə inkişafdan danışmaq olar. 140 illiyini təntənə ilə qeyd etdiyimiz milli mətbuatımız mövcud olduğu bu uzun tarix ərzində heç vaxt indiki qədər azad və müstəqil olmayıb, heç vaxt indiki qədər dövlət və ictimai qayğı ilə əhatə olunmayıb. Bütün bunların kökündə isə məhz senzuranə ləğv edən siyasi iradə və onun varisliliyi durur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə