Türkiyə mətbuatında son terror hadisələri ilə bağlı PKK (Kürd Fəhlə Partiyası) liderlərinə aid edilən şok məlumatlar və dəqiqləşdirilmiş araşdırmaların nəticələri yer alıb. SİA-nın "hocalı.com" saytına istinadən verdiyi xəbərə görə, 35 mindən çox insanın qanını əllərində daşıyan PKK lideri, Apo əslində erməni millətindəndir. Onun əsl adı Artin Akopyandır.
Onun yaxın ətraflarının da erməni mənşəli olduqları ifşa edilib. Belə ki, kod adı "Barmaqsız Zəki" olan Şəmdin Sakığın ata nənəsinin erməni olması sübuta yetirilib. Maraqlıdır ki, bunu terrorçunun özü etiraf edib. Onun qohumu, hazırda Türkiyənin Böyük Millət Məclisində (TBMM) deputatlıq edən HDP-li (Xalq Demokratik Partiyası) Sırrı Sakık da erməni mənşəli olduqlarını açıq şəkildə bildirib.
Digər kürd deputat, HDP-nin həmsədri kimi tanınan və vaxtilə dağlarda PKK sıralarında terrorçuluq edən Əminə Ayna da erməni mənşəli olduğunu gizlətmir.
Növbəti faktlar da qandondurucudur. Belə ki, adı elə də çox yayılmayan "Kürdüstanın sürgündəki hökuməti" adlı qurumun rəhbərlərinin də erməni olduqları ifşa edilib. Bəlli olub ki, 1959-cu ildə Silvan doğumlu Səmra Bakır və qardaşı Orxan Bakırın qanında erməni genləri mövcuddur. Orxanın əsil adı Armenakdır. Sənədlərdə qeyd edilir ki, əsl adı Armenak olan Orxan erməni terror təşkilatı kimi tanınan TİKKO-nun üzvü kimi fəaliyyətə başlayıb. Müəyyən dərəcəyə qədər yüksələn terrorçu Türkiyənin təhlükəsizlik gücləri ilə döyüşdə öldürülüb. "Kürdüstanın sürgündəki hökuməti"nin başqa kürd kimi tanınan liderləri -1977-ci il Silvan doğumlu Bülənt Bakır, Məryəm Tabaşın da erməni olduğu üzə çıxıb. Tabaşın ata babasının adının Hokar, ata nənəsinin adı isə Hayqanuş kimi müəyyənləşdirilib.
Silvandan olan növbəti PKK terrorçusu, 1980-ci il doğumlu və kod adı "Zazan Bərtin" olan Ruşen Tabancı "Mavi çarşı"nı yandıraraq bir çox insanın ölümündə günahkar olub. Onun ata babasının adı araşdırılıb və bəlli olub ki, o (babası) Türkiyə ərazisinə köçürülmüş erməni ailəsindəndir. Adı isə Ovannisdir. 1975-ci il doğumlu Yusuf Cihangirin babasının adı Vartan, 1965-ci il doğumlu Adnan Dizin isə babasının adının Kirikor oldüğü ortaya çıxıb.
1970-ci ildə Siirtdə anadan olmuş Nihat Türksoyun da türk soylu olmadığı sübuta yetirilib. Onun nənəsi Zerdo kürd olsa da babası Sərkis adlı erməni olub. 1977-ci ildə Boz ova doğumlu Mehmet Güzelin babasının adı Mkırtış, nənəsinin adı isə İlsevik olub.
1974-ci ildə Petek doğumlu kod adı "Cihan" olan Akif Yadigaroğullarının ulu babasının Apkar, nənəsinin isə Məryəm adlı erməni kökənli olduqları təsbit edilib.
Daha sonra siyahıya 1973-cü ildə Ömərli doğumlu Mətin Gümüşün babasının adının Artin, nənəsinin adının isə Dihram olduğu, 1948-ci ildə Palu doğumlu terrorçu Zülfükar Demirtaşın isə bir xristian olmasına rəğmən, "HADEP Kürd İmamlar Birliyi" (?!) üzvü olması şok effekti verib.
1978-ci il doğumlu Sidar Şimşəyin DEHAP-ın zona təşkilatında fəaliyyət göstərdiyi üzə çıxıb. Terrorçunun uku babasının adı Bedros, nənəsinin adı isə Luşin olub.
PKK terror təşkilatının 1975-ci ildə doğulmuş üzvü Özgür Erbilin isə saxta sənəndlər əsasında Türkiyədən Almaniyaya qaçdığı bildirilir. Onun ulu babasınin Akop, nənəsinin isə Lüsyen adını daşıyan ermənilər olduğu qeyd olunur. Axtarışda olan terrorçunun hazırda narkotik ticarəti ilə məşğul olduğu da məlumatlar sırasındadır.
1968-ci il Muş doğumlu və erməni kökənli Kutbettin Akşulanın da Zelha adlı nənəsi kürd, Vartan adlı babası isə ermənidir. O, qanunsuz silah ticarətinə və PKK-ya silah, o cümlədən maddi yarımlar etdiyinə görə həbsxanadadır. Terror dəstəksininin saxta raport düzəldərək, əsgərliyə getmədiyi də məlumatlar sırasındadır.
Kürd bölücülərinin birlşədiyi Demokratik Toplum Partiyasının (DTP) qurucu üzvlərindən olan 1979-cu il doğlumlu Barış Başakın erməni mənşəli olması onun öz dilindən etiraf olunub. Onun nənəsinin adının Katina olduğu bildirilir.
PKK terrorçusu Abdülaziz Özdemir isə 21.2.1991-ci ildə baş verən atışmada Türkiyə silahlı qüvvələri tərəfindən öldürülüb. Ounn Kazo adlı erməni nənəsi olduğu ifşa edilib.
1954-ci il Beştüşşebap doğumlu Mehmet Öztunç də ermənidir. Onun erməni babasının adı Mosey, nənəsinin adı isə Mirandır. O, PKK-ya yardım etdiyinə görə həbs olunmuş, daha sonra isə terror təşkilatının digər qolu olan HDEP-in Antalya şəhər təşkilatına üzv seçilib.
1977-ci il Karayazı doğumlu İdris Sefilin də erməni mənşəli terorrçu olduğu üzə çıxıb. Belə ki, terror əməliyyatlarında iştirakına görə həbsdə olan, sonradan HDEP-in Konya şəhər təşkilatına üzv olan İdrisin əmisi Ersin Sefil də Şimali İraqda baş verən silahlı toqquşma nəticəsində öldürülüb.
Siyahını 1965-ci il Firke doğumlu Edip Yıldız davam edir. Onun ulu babası Gaçonun, nənəsi Rihanın erməni olduğu təsbit edilib. HADEP-in Məclis üzvü olan bu şəxs eyni zamanda Nevşehirdə fəaliyyət göstərən "E" tipli həbsxanadakı terrorçulara vəkillik edir.
1964-ci il Benek doğumlu Haşim Benek də ermənidir. Büyük babasının adı Şiho, nənəsinin adı Kitro kimi sənədləşdirilib. 1985-ci ildə Şırnakdakı Dərələr Kəndində, Eşek Mağaraları mövqeyində təhlükəsizlik gücləri ilə terrorçular arasında çıxan atışma nəticəsində sağ olaraq ələ keçirilibvə Diyarbakır məhkəməsində həbs cəzasına məhkum edilib.
1959-ci il Urfa doğumlu İzzettin Kalaycı 1986-cı il tarixində Diyarbakır məhkəməsində qanunndankənar silahlı qruplaşma qurmaq və ya qatılmaq ittihamı ilə məhkəməyə cəlb olunub. 8 il 8 ay həbs cəzası çəkdikdən sonra HADEP təşkilatına qoşulub. 1996-cı il tarixində Ankaradakı HADEP-in konqresində Türkiyə bayrağının endirilərək PKK bayrağının asılması mərasimində iştirakıçı olub.
Beləliklə, siyahıda onlarla erməni mənşəli PKK üzvünün adı yer alıb və bütün bunlar tam şəkildə sübuta yetirilib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB