PA rəsmisi: “Bizim istəyimiz odur ki, ikili standart olmasın” AÇIQLAMA

PA rəsmisi: “Bizim istəyimiz odur ki, ikili standart olmasın” AÇIQLAMA

"Ümumiyyətlə Dağlıq Qarabağa icazəsiz gələnlər, orada müəyyən işlər görənlər (şirkətlər də daxil olmaqla) varsa, biz onları özümüzün tərtib etdiyimiz siyahıya salır, nəzərdə saxlayırıq. Biz bu istiqamətdə bu gün və gələcəkdə də imkanlarımız daxilində həmin şəxslərə qarşı addımlarımızı atacayıq və atırıq da. Yəni bu, normaldır". Bunu Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov işğal olunmuş Azərbaycan ərazilərində bəzi dövlətlərin xarici şirkətlərinin fəaliyyət göstərməsi ilə bağlı "SƏS" TV-nin əməkdaşının sualını cavablandırarkən deyib.

PA-nın şöbə müdirinin sözlərinə görə, bu addımları atanlar xüsusi olaraq Avropa ölkələrindən olduqları üçün biz öz mövqeyimizi bununla bağlı həmişə bildirəcəyik: "İstəyimiz odur ki, ikili standart olmasın. Necə ola bilir ki, Dağlıq Qarabağın qondarma qurumuna yardımlar da göstərilir, onun qondarma prezidenti Bako Saakyana müxtəlif ölkələrdə şengen vizası da verilir. Bəs bunlar nə deməkdir? Onlar istədiklərini edirlər. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə əlbəttə ki, normal təsir göstərməyəcək. Biz bunları qəbul etmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə