Tural Abbaslı Arif Hacılıya dəstək verməyəcək AÇIQLAMA

"İndiki məqamda belə xırda məsələlərə ayrılası vaxtımız yoxdur"
Tural Abbaslı Arif Hacılıya dəstək verməyəcək AÇIQLAMA

"İnanmaq istəməzdim ki, şüurlu həyatlarının yarıdan çoxunu Müsavat Partiyasının yolunda fəda edən insanların varlığından kimsə narahat olsun. Əgər belələri varsa, deməli onlar partiyanın və mübarizənin nə olduğunu anlamayan insanlardır". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvü Tural Abbaslı deyib.

Tural Abbaslı qeyd edib ki, hər bir siyasi partiya onun sıralarında fədakar və mübariz insanların olmasında maraqlı olmalıdır: "Mən özümü də ətrafımdakı insanları da belə insanlar hesab edirəm. Odur ki, kimsə narahatdırsa, bu, bizim deyil, onların problemidir. Bizim indiki məqamda belə xırda məsələlərə, o cümlədən də Arif Hacılının fikirlərinə ayrılası vaxtımız yoxdur".

Keçmiş Divan üzvü həmçinin Müsavat başqanı Arif Hacılının parlament seçkilərinə qatılacağı məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, əgər Arif Hacılı seçkidə iştirak edəcəksə, yəqin partiya onu dəstəkləyəcək: "Bu zaman mənim ona dəstək verib verməməyimə ehtiyac qalmayacaq. Parlament seçkilərində özümün və ətrafımdakı gənclərin təbliğatına çalışacağam. Bu seçkilərdə müxalifət partiyalarından cəmiyyətə yeni siyasi simaların təqdimatı daha vacib və gərəklidir".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə