Son vaxtlar müxalifət partiyalarından kütləvi istefalar intensivləşib. SİA-ya açıqlamalarında müsahiblərimiz müxalifətdaxili istefaların səbəbini açıqlayıblar.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə:
- Müxalifət düərgəsində təmsil olunan Müsavat və AXCP çoxdan sıradan çıxıblar. Müxalifət partiyalarının üzdə gülüb, daxildə biri-biri ilə didişməsinin səbəbi isə həmin partiyaların hamısının eyni idealogiyaya malik olamalarıdır. Yəni onların fərqli idealogiyaları yoxdur. Müxalifləri birləşdirən isə vəzifə arzusu və pula hərislikdir.
Müxalifət partiyalarının sosial bazalarının və bunun fonunda hansısa gücə malik olmaları onları maraqlandırmır. Başlıca hədəf odur ki, vaxtında xaricidən pulları gəlsin. Əgər müxalifət partiyalarının liderləri siyasətdən getsələr onlara xarici qüvvələr tərəfindən pullar gəlməz. Ona görə də, nəyin bahasına olursa olsun siyasətdə qalmağa çalışırlar.
AMİP-in funksioneri Əli Orucov:
- Bu gün müxalifət partiyalarında vəziyyət həqiqətən də ürəkaçan deyil. Son vaxtlar müxalifət partiyalarında təmsil olunan şəxslərin istefalar verməsinin səbəbi uzun illər müxalifətdə qalmaq və müxalifətçiliyin ağırlığını üzərində daşımaqdan yorulmaları ilə bağlıdır. Eyni zamanda, həmin şəxslər təmsil olunduqları partiyalarda qalmaqdan yolulublar. Yəni orada heç bir prespektiv görmürlər. Müxalifət partiyalarında baş verən bu cür tendesiyaların davamı gözləniləndir. Bu gün AXCP və Müsavat partiyalarını "mehriban düşmən" adlandırırlar. Bu bir reallıqdır. Demək olar ki, müxalifət düşərgəsində ən çox dava-dalaş məhz bu iki partiya arasında gedir. Bu partiyalar arasında gedən rəqabətin əsas səbəbi biri digərindən üstün olmaq arzusu ilə bağlıdır. Bunun üçün də hətta biri-birini gözdən salırlar. Belə olan halda da, adları çəkilən partiyalardan qopmalar baş verir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB