"ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsinin Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardımlar etməsi uydurmadır". Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu cür yalan məlumatlara inanmaq lazım deyil.
Qeyd edək ki, ABŞ Senatının Təxsisatlar (maliyyə ayırmaları) Komitəsi Dağlıq Qarabağda yaşayan insanlara humanitar yardımları nəzərdə tutan bu təklifin lehinə səs veriblər.
Komitə Ermənistan üçün 20,06 milyon dollar humanitar yardım, 1,7 milyon dollar xarici hərbi yardım, 600 min dollar isə beynəlxalq hərbi təhsil və təlim çərçivəsində yardım ayrılmasını təklif edib.
Azərbaycan və Gürcüstana isə müvafiq olaraq 8,778 milyon dollar və 54 milyon dollar iqtisadi yardımın edilməsi nəzərdə tutulub. Komitə həmçinin, Azərbaycan və Ermənistana bərabər şəkildə hərbi yardımın ayrılmasını da təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB