Bəhram Xəlilov: “Biz buna şübhə ilə yanaşırıq”

Bəhram Xəlilov: “Biz buna şübhə ilə yanaşırıq”

"Elə dövlət qurumları var ki, il ərzində onlar etik davranış qaydalarının pozulmadığını iddia edirlər. Etik davranış qaydalarının pozulduğu dövlət qurumlarının siyahısını ümumiləşdiririk. Hansı qurumlar bu faktla bağlı bizə yekun hesabat təqdim edirsə, onları ancaq dəstəkləyirik. Bu onu göstərir ki, həmin qurumlarda etik davranış qaydalarının pozulmasına qarşı iş aparılır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri Bəhram Xəlilov deyib.

Komissiya sədrinin sözlərinə görə, elə dövlət qurumları var ki, il ərzində onlarda etik davranış qaydalarının pozulmadığını iddia edirlər: "Biz buna şübhə ilə yanaşırıq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etik davranış qaydalarının daha çox pozulmasına gəlincə, buna əsas səbəb orada dövlət qulluqçularının təxminən 15-20 faizə yaxının işləməsidir. Hazırda nazirliyin yeni rəhbərliyi bu işə qarşı ciddi mübarizə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə