Hafiz Hacıyev: “Gərək Rasim Musabəyov dözümlü olardı” AÇIQLAMA

Hafiz Hacıyev: “Gərək Rasim Musabəyov dözümlü olardı” AÇIQLAMA

"Ümumiyyətlə, millət vəkili Rasim Musabəyovla baş redaktor Eynulla Fətullayev arasında yaranmış intriqa cəmiyyətdə çox qarşılanıb". Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

MMP sədrinin sözlərinə görə, Eynulla Fətullayevin R.Musabəyov haqqında yazdığı məqalə reallığı əks etdirir: "Bunun inkar etmək olmaz. Gərək R.Musabəyov dözümlü olaydı. Çünki o, deputatdır. Bu insan yalnız faktı yazıb. Onun Eynulla haqqında kəskin ittiham irəli sürməsi, düşünürəm ki, deputata yaraşmayan haldır. Millət vəkili gərək bunu dilinə gətirməsin. Əgər o deputatdırsa, qanunverici orqanda fəaliyyət göstərirsə gərək qanunların dili ilə danışsın. Əks təqdirdə onun ittihamlar səsləndirməsi yolverilməz haldır. Hər halda bu cür məsələlərdən Azərbaycanın əleyhinə işləyən qüvvələr var. Çox istərdim ki, onlar ortaq məxrəcə gəlib barışsınlar".

Bütün xəbərlər Facebook səhifəmizdə