Millət vəkilindən müharibə AÇIQLAMASI

Elman Məmmədov: “Hər an müharibə ola bilər”
Millət vəkilindən müharibə AÇIQLAMASI

"Əgər Azərbaycan ildırım sürəti ilə müharibə etsə, bunun Ermənistandakı son proseslərlə heç bir aidiyyatı yoxdur. Çünki Ermənistan 20 ildən çoxdur ki, torpaqlarımızı işğal edib və heç bir danışıqlara getmir. O zaman Azərbaycan nə etməlidir? Təbii ki, müharibə yolu ilə öz torpaqlarını işğaldan təmizləməlidir". Bu fikirləri SİA-ya Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Elman Məmmədov Azərbaycanın Ermənistandakı iğtişaşlardan sonra ildırım sürəti ilə müharibə edəcəyi fikrinə münasibətini açıqlayarkən deyib.

Millət vəkili qeyd edib ki, bütün bunlar təhlükəsizlik, ərazi toxunulmazlıq mənafeyindən irəli gələn məsələlərdir: "Azərbaycan uzun illərdir müharibə vəziyyətində olduğu üçün artıq güc yoluna əl atmağa məcburdur. Çünki nə işğalçı dövlət özü, nə də beynəlxalq təşkilatlar bu yöndə müsbət addım atmır. Müharibə hər an gözləniləndir. İki ordu üz-üzədirsə demək müharibə qaçılmazdır. Səbrimiz artıq tükənib. Müharibə olsa, məsuliyyət Azərbaycanın üzərinə deyil, Azərbaycanı bu varianta təhrik edən vasitəçi, həmsədr dövlətlərin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Azərbaycan öz torpaqlarında yuva salmış cinayətkar qrupları təmizləməkdən ötrü hər an müharibə edə bilər. Bu, Azərbaycan dövlətinin hüququdur".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə