"Gənclərin güc strukturları" layihəsinin bağlanışı oldu TƏDBİR-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası(YAP) Gənclər Birliyinin ofisində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənclərin güc strukturları" layihəsinin bağlanış tədbiri keçirilib. Tədbirdə "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu və gənc fəallar iştirak ediblər.
Tədbiri girişi sözü ilə açan layihə rəhbəri Aytən Məmmədova layihənin həyata keçirilməsində əsas məqsədin nədən ibarət olduğunu qonaqların diqqətini çatdıraraq qeyd edib ki, sözügedən istiqamətdə əsas məqsədlərdən biri də gənclərin maarifləndirilməsidir: "Biz bu sahədə də bir sıra işlər gördük. Hesab edirəm ki, bu layihə ölkə gənclərinə kifayət qədər dəstək oldu".
Daha sonra layihənin videoçarxı tədbir nümayiş etdirilib.
Çıxış edən "SƏS" Media Qrupunun rəhbəri Bəhruz Quliyev gənclərin təşəbüskarı olduqları layihələrin birbaşa dövlət tərəfindən maliyyələşdirildiyini qeyd edərək bildirib ki, gənclərə göstərilən qayğı dövlətin prioritet istiqamətlərindəndir: "Gənclər böyük potensialdır, gənclər böyük qüvvədir. 1990-cı illərin əvvəllərində ölkədə höküm sürən xaos, anarxiya gənclərin öz potensiallarını, gələcəklərini yüksək səviyyədə təmin etmək arzularını puç edirdi. Gənclər öz qurtuluşlarını Dahi Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görürdülər. Məhz Onun hakimiyyətə qayıdışından sonra ölkədə uğurlu gənclər siyasətinin təməli qoyuldu. Bu gün bu siyasət Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılmaqdadır. Ona görə də hesab edirəm ki, görülən işlər bundan sonra da davam etdirilərək öz töhfəsini verəcək. Hər bir Azərbaycan gənci dövlətin əsgəridir. Bu gün əlimizdə sosial şəbəkələr varsa, öz sözümüzü dünyaya çatdıra biliriksə deməli, bu bizim siravi əsgər kimi Vətən qarşısında gördüyümüz xidmətlərin nəticəsidir.
Daha sonra çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu gənclərin ölkənin gələcəyi olduğunu qeyd edərək deyib ki, Azərbaycan gəncləri bütün etimadları doğruldub: "Əlbəttə ki, gənclərin arzularının reallaşması onların öz gələcəklərinə olan baxışlarından asılıdır. Bizim gəncliyimiz hər zaman öz gələcəklərinə inam və etimadla baxıb. Çünki Azərbaycan gənci ölkə rəhbərliyinin yürütdüyü siyasətinə inanır və bu siyasətin ətrafında sıx birləşir, İlham Əliyev cənablarının apardığı siyasətə qətiyyətli dəstəyini göstərir. Bu dəstək hər zaman olacaqdır".
Sonda layihədə aktiv iiştirak edən gənclərə sertifikartlar verilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB