İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsinə qərar verilməsindən sonra bəzi dövlətlər ölkəmizə qarşı qarayaxama kampaniyasına başladılar. Demək olar ki, bu "yarış"da Almaniyadakı anti-Azırbaycan mövqeli qüvvələr daha fəaldırlar. Bu halda sual yaranır, Almaniyanın Azərbaycana qarşı qərəzli qarayaxma kampaniyası aparması nədən irəli gəlir?
Politoloq Elşad Mirbəşiroğlu SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanın dünya xəritəsində yerinin və rolunun möhkəmlənməsi Almaniyada daxil olmaqla bəzi Avropa ölkələrini ciddi narahat edir: "Bəllidir ki, Avropa ölkələri bir cəbhədən çıxış edirlər. Hesab edirəm ki, Almaniya sadəcə olaraq tək öz mövqeyini deyil, o cümlədən Qərbin Azərbaycana qarşı ikili standartlarını ifadə etməklə məşğul olur. Bunun səbəbini nədə görürəm, birincisi Azərbaycanın özünü kifayət qədər müstəqil aparması Qərbi qane etmir. Bildiyiniz kimi, Avropanın istəyi ondan ibarətdir ki, bütün post-sovet ölkələri kimi Azərbaycanda Qərbin strategiyasını, siyasətini dəstəkləsin. Amma Azərbaycan dövləti və Prezident İlham Əliyev sırf milli maraqlarmızdan çıxış edərək bizim üçün məqbul olan istiqamətdə addımlar ataraq ölkəni inkişaf etdirməkdədir. Bu da Qərbdə qıcıq yaradır və narahat edir. Birmənal mövqe ondan ibarətdirki, Qərb ondan aslı olan dövlətləri dəstəkləyir".
E.Mirbəşiroğlunun bildirdiyinə görə Qərb gördü ki, Azərbaycan çox böyük bir idman kampaniyasını həyata keçirdi və I Avropa Oyunlarını təşkil etdi: "Avropa Oyunlarının təşkili ilə Azərbaycan Avropaya örnək olacaq standartlar yaratdı. Təbii ki, bu da Qərbi bir az da qıcıqlandırdı. Məhz Avropa Oyunlarının keçirilməsi zamanında Almaniyanın Azərbaycana qarşı bu cür kampaniya aparmasının kökündə də bu məqamlar dayanır".
Almaniyanın ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olması təklifinin irəli sürülməsi eləcə də bu baş verərsə, adıçəkilən ölkənin də arabağ məsələsində Fransa kimi qərəzli mövqe sərgiləməsi fikirlərinə də münasibət bildirən politoloq deyib ki, əslində şərait Almaniyanın həmsədrlərdən biri olmasına imkan vermədi: "Bütövlükdə ATƏT-in Minsk Qrupunun həmsədrliyində hansı ölkənin təmsil olunmasından aslı olmayaraq bu institut səmərəli fəaliyyət göstərmir. Bütövlükdə ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinə sərgilədiyi davranış tərzi yalnışdır. Yəni orada Fransanın Almaniya ilə əvəz olunması vəziyyəti köklü şəkildə dəyişəcək bir məsələ ola bilməzdi. Almaniyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunamsı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir mütərəqqi müsbət addıma gətirib çıxara bilməyəcəkdir".
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB