Saymon Kleq: "Dünən yarışları 18700 nəfər tamaşaçı izləyib"

Saymon Kleq: "Dünən yarışları 18700 nəfər tamaşaçı izləyib"

"Ötən gün Avropa Oyunlarında 7 yarış keçirilib. Bütün yarışlar normal baş tutub". SİA-nın məlumatına görə, bu sözləri "Bakı-2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu gün keçirilən mətbuat konfransında söyləyib. Bildirib ki, dünən 7 yarış növü üzrə idmançıları 18700 nəfər tamaşaçı izləyib: "Bu da tamaşaçı tutumunun 81%-i deməkdir. 3317 idmançı və rəsmi Atletlər kəndində hələ də yaşayır. Bu da rekord səviyyədən təxminən 2 dəfə azdır. Onu da deyim ki, bu günə qədər 173 qalibə qızıl medal verilib. Bu gün isə 21 dəst medal öz sahibini tapacaq. Bunlardan 2-si qılıncoynatma, 9-u üzgüçülük, 5-i cüdoda, 5-i isə boks idmanı üzrə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə