Ermənistan həbsxanalarında yer qalmayıb MÜNASİBƏT

Ermənistan həbsxanalarında yer qalmayıb MÜNASİBƏT

İyunun 19-dan başlayaraq, İrəvanın "Azadlıq" meydanında "Talana yox!" şüarı altında kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaya çağırışı Ermənistanın "Respublika" partiyası və "Nairit" zavodunun əməkdaşları edib. Meydana toplaşanlar arasında həmçinin "Təsis parlamenti"nin üzvləri də var. Sarkisyan rejimi aksiyanın kütləviliyinin qarşısını almaq üçün zirehli texnikadan, polis zopasından istifadə edib. Nəticədə çoxsaylı insan yaralanıb, onlarla mitinqçi isə həbs olunub.

Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli SİA-ya verdiyi açıqlamasında bildirdi ki, işğalçı ölkə olan Ermənistanda xalqın etiraz dalğasının polis tərəfindən dağıdılması, qeyri adekvat güc tətbiq edilməsi bir daha onu göstərdi ki, Sarkisyan rejimi öz hakimiyyətini qorumaq üçün yalnız gücə arxalanır: "Sarkisyanın sosial dayaqları tamamilə sıradan çıxıb. Belə olan təqdirdə sual ortaya çıxır: Azərbaycanı hədəf seçən dövlətlər xüsusilə, I Avropa Oyunları ərəfəsində və gedişində ölkəmizə qarşı təzyiq dilində danışan dövlətlər görəsən arxasında Sarkisyan və onun kamandasının dayandığı bu polis zorakılığına necə reaksiya verəcək, ölkədə insan hüquqlarının pozulması ilə bağlı bu rejimə təzyiqlər göstərəcəkmi.Təbii ki, şübhəlidir. Çünki, Ermənistana havadarlıq edən dövlətlər bunu istəmirlər. Ən azı əl altıları olan Ermənitanı çıxılmaz vəzyyətdə qoymamaq üçün. Bildiyiniz kimi, 2008-ci ildə də Sarkisyan hakimiyyəti zəbt edərkən xalqın etirazını zorla, gülləbaranla yatızdırdır. Eynən indidə oxşar hadisələr baş verməkdədir".

E.Nəsirli onu da bildirdi ki, son məlumatlara görə işğalçı ölkə olan Ermənistanda o qədər geniş miqyaslı həbslər həyata keçirilir ki, ölkə paytaxtında artıq həbsxanalarda yer qalmayıb. Hətta qonşu şəhərlərin həbsxanalarda insanları yerləşdirirlər. Bu da rüsvayçı bir haldır ki, bu da məhz Ermənistanda baş verməkdədir. Ümumiyyətlə, Ermənistan hakimiyyəti daxili aditoruyanı sakitləçdirmək üçün diqqəti xarici məsələlərə xüsusilə Dağlıq Qarabağ məsələsinə yönəldir. Amma bütün hallarda rejim çökür".

Politoloqun sözlərinə görə, Sarkisyan dərk edirki, əgər ölkəsində hadisələr belə davam edərsə, bu vəziyyət onun hakimiyyətinin sonuna gətirib çıxara bilər: "Ermənisanın vəziyyəti həqiqətəndə çox ağırdı. Ermənistan əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsinin əsas səbəbi də məhz vəziyyətin son dərəcə kritik olmasıdır".

Gülyanə Ağkərimova

Bütün xəbərlər Facebook səhifəmizdə